Polşa klubunun təklifini rədd etdi, “Sabah”a keçdi, XOŞ XƏBƏR eşitdi

20:20 Sabah 60
Polşa klubunun təklifini rədd etdi, “Sabah”a keçdi, XOŞ XƏBƏR eşitdi

“Sabah”ın legioneri Timoteuş Puxaç yenidən Polşa millisinə çağırıla bilər.

Sportinfo.az yerli mətbuata istinadən xəbər verir ki, sol cinah müdafiəçisinin Azərbaycan klubundakı parlaq çıxışı millinin məşqçilər korpusunun marağına səbəb olub.

Mövsümün əvvəlində “Katovitse”nin (Polşa) təklifini rədd edərək, Almaniya təmsilçisi “Holşteyn Kil”dən “Sabah”a keçməyi üstün tutan 27 yaşlı Puxaç ən yaxşı dönəmlərindən birini keçirir.

Cari mövsüm 9 məhsuldar ötürmə ilə çempionatın ən çox assist edən oyunçusu olan Puxaçın martdakı təlim-məşq toplanışı üçün Polşa yığmasına çağırılması gözlənilir.

O, millidə sonuncu dəfə 2024-cü ilin noyabrında çıxış edib.

Puxaç “Sabah”da icarə əsasında çıxış edir və yayda icarə müddəti başa çatacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti