“Çempionatda ən baxımlı, sürətli, intensiv futbol oynayan komanda “Sabah”dır”.
Bu sözləri Sportinfo.az-a açıqlamasında “Sabah”ın yarımmüdafiəçisi Umaralı Rahmonaliyev deyib.
Özbəkistanlı legioner Premyer Liqada turnir cədvəlinə başçılıq etməyə layiq olduqlarını bildirib:
“Bu, 100 faiz belədir. Romanda hesabda 2-3 top fərqi ilə öndə olanda müəyyən arxayınlıq yaranır.
Bu, bizdə də var. Arxayınlığı aradan qaldırıb 90 dəqiqə eyni tempdə oynamaqda davam etsək, daha yaxşı şeylər edə bilərik.
Şəxsən mən göstərdiyimiz futboldan zövq alıram”.

