“Addım-addım irəliləyirik, arzumuzun ardınca gedirik”

17:20 Sabah 130
“Addım-addım irəliləyirik, arzumuzun ardınca gedirik”

“Addım-addım irəliləyirik və xallar toplayaraq arzumuzun ardınca gedirik”.

Sportinfo.az xəbər verir ki, bunu “Sabah”ın braziliyalı legioneri İqor Noqeyra ölkəsinin mətbuatına açıqlamasında deyib.

30 yaşlı müdafiəçi hədəflərinin çempionluq olduğunu söyləyib:

“Mənə güvənən bu klub üçün 50 oyuna çıxmaq böyük şərəfdir. Bunun qarşılığını hər gün maksimum səylə çalışmaqla qaytarıram.

Müqaviləm mövsümün sonunda bitir, gələcəyin necə olacağını hələ bilmirəm.

Yolboyu müxtəlif təkliflər ola bilər. Amma bu gün üçün yeganə istəyim “Sabah” forması ilə daha bir titul qazanmaqdır”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti