“Qarabağ” Azərbaycanın top-komandasıdır” - Bunu deyən bilirsiz kimdir?

14:00 Sabah 136
“Qarabağ” Azərbaycanın top-komandasıdır” - Bunu deyən bilirsiz kimdir?

“Sabah”ın nigeriyalı legioneri Cesse Sekidika Sportinfo.az-a müsahibə verib.

Sabiq “Qalatasaray”lı hücumçu komandasının Qəbələdə yerli komanda üzərində qələbə sayəsində yarımfinala yüksəldikləri oyundan sonra sualları cavablandırıb.

- Bu, nə oyun idi?

- Həqiqətən maraqlı və həyəcanlı qarşılaşma oldu. 2:0-dan sonra “Qəbələ”nin hesabı bərabərləşdirməsi matça əlavə rəng qatdı. Əlavə vaxtda yeni eyni ssenari yaşandı. Bəlkə də qələbə ilə barışdığımıza görə belə oldu. Ardıcıl iki matçda belə halla rastlaşırıq. Diqqətli olmalıyıq. Əsas odur ki, yarımfinaldayıq.

- “Qarabağ”la görüşdə 3, “Qəbələ”ylə oyunda 2 top fərqi ilə öndə olsanız da, qələbə hesabını qoruya bilməməyinizin səbəbi nədir? Arxayınlıq?

- “Qarabağ”la matçda bəlkə də arxayınlıq ola bilərdi. Lakin həmin gün başımıza gələnlərdən dərs çıxarmışdıq. Bu dəfə daha diqqətli olmağa çalışırdıq. Futbola belə hallar qaçılmazdır. Futbolun gözəlliyi də elə bundadır. Bu kimi məqamlarda inkişaf etməliyik, sayıqlığı əldən verməməliyik. Ən vacibi, buraxdığımız səhvlərdən dərs çıxarmalıyıq.

- Penalti seriyasında hansı hisləri keçirirdin? Yarımfinala yüksələ bilməyəcəyinizlə bağlı qorxu var idi?

- Xeyr, qətiyyən! Əksinə, çox rahat idim. Zərbəni vuracaq futbolçuların ustalığına və dəqiqliyinə güvənirdim. Bilirdim ki, mərhələni adlayacağıq.

- Yarımfinaldakı rəqibiniz “Qarabağ”dır. İki oyun, üstəgəl, Premyer Liqada daha bir vacib duel. Əsas rəqibinizlə üç dəfə qarşılaşmaq yorucudur, yoxsa maraqlı?

- İndidən həmin görüşlər barədə düşünmək doğru olmaz. Vaxtı gələndə oynayacağıq. Həm də vəziyyət elədir ki, “Qarabağ”la matçlar ard-arda olmayacaq. Fikrimcə, həm özümüz, həm də azarkeşlər bu oyunlardan həzz alacaq. “Qarabağ” Azərbaycanın top-komandasıdır. Belə rəqibə qarşı oynamaq əlavə motivasiyadır. “Qarabağ”ın gücünü hər kəs bilir. Biz bu komandaya qarşı layiqincə mübarizə aparmağa çalışacağıq.

- Çempionatda növbəti matçınız yenə “Qəbələ”yə qarşı olacaq. Sürpriz yaşana bilər?

- “Qəbələ” çox yaxşı komandadır. Bizimlə oyunları maraqlı keçir. Onlara qarşı oynamaq asan deyil. Bu il Premyer Liqada iki qələbə qazanmışıq, hər ikisində 1:0 hesabı ilə çətin qələbə əldən olunub. Xüsusən əks-hücumlarda təhlükə yaratmağı bacarırlar. Doğma meydanda xal itirmək haqqımız yoxdur. Məqsədimiz 3 xaldır.

HƏBİB

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti