"Sabah" - Premyer Liqada 100 və daha çox qələbə qazanan 14-cü komanda

02:30 Sabah 67
"Sabah" - Premyer Liqada 100 və daha çox qələbə qazanan 14-cü komanda

"Sabah" Premyer Liqada 100-cü qələbəsini qazanıb.

Sportinfo.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, bu, "Qəbələ" ilə ev oyununa təsadüf edib.

Masazır klubu Misli Premyer Liqasının XXIII turunda 7:1 hesabı ilə qalib gəlib.

2018/2019 mövsümündən Premyer Liqada çıxış edən "Sabah" 235-ci matçında 100-ə çatıb. Bu qələbələrdən 52-si evdə, 48-i səfərdə əldə olunub.

Qəsəbə təmsilçisi turnirin tarixində 100 və daha çox oyunda qalib gələn 14-cü komandadır.

"Sabah" ilk qələbəsini 2018-ci il avqustun 12-də həmin vaxt "Keşlə" adlanan indiki "Şamaxı" üzərində qazanıb – 1:0.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
13 Mart 03:30 1000 manatlıq TƏHQİR