“Sabah” təsadüfən Premyer Liqada “at oynatmır” - O, sirləri bizə açdı...

20:40 Sabah 100
“Sabah” təsadüfən Premyer Liqada “at oynatmır” - O, sirləri bizə açdı...

“Sabah” 23 turdan sonra Premyer Liqanın vahid lideridir.

Masazır təmsilçisi 1 oyunu ehtiyatda olan “Qarabağ“ı 7 xal qabaqlayır.

Keçirdiyi son 13 matçda 12 qalibiyyət əldən edən “bayquşlar“ın uğurlu seriyası qətiyyən təsadüfi deyil.

“Sabah“ son turda cari mövsümünün ən böyük qələbəsinin təkrarladı. 23-cü turun bir gün əvvəlki matçında “Qarabağ” “Araz-Naxçıvan”ı 6:0 hesabı ilə məğlub etmişdi.

Bu rekordu təkrarlayan Masazır təmsilçisi mövsümün bir oyununda 7 dəfə fərqlənən ilk komanda oldu və öz tarixində ilk dəfə Premyer Liqa görüşündə bu qədər qol vurdu.

Təbii ki, “Sabah“ın zəfərini şərtləndirən səbəbləri bir neçə hissəyə bölə bilərik: komandanın düzgün və professional idarə olunması, yaradılan şərait, büdcə və.s.

O ki qaldı meydana, burada işlər dəyişir. Necə? Misal üçün: yayda edilən baş məşqçi seçimi.

Valdas Dambrauskas bundan öncə işlədiyi ölkələrdə çalışdırdığı komandalar eynən «Sabah» kimi iddialı və çempionluq uğrunda mübarizə aparıb.

«Omoniya», «Jalgiris», «Hayduk» və «Ludoqorets»i xatırlaya bilərik. Bu təcrübənin məntiqi nəticəsi tez bir zamanda Azərbaycanda özünü göstərdi. «Sabah»ın digər klublardan fərqi nədir?

Müasir futbolun ən önəmli parametrlərindən biri atletiklik və sürətdir. Gəlin «Sabah»ın oyunçularını bir-bir ələ alaq.

Müdafiəçilər Zadadka, Puxaç, Solvet, Noqueyra. Hər biri atletik cəhətdən güclüdür.

Birəbir mübarizələrdə ayaqda qalırlar, dinamik və kifayət qədər sürətlidirlər. Bu da «Sabah»ın oyunu meydanın rəqibə aid hissəsində qurmasının əsas faktorudur.

Keçək yarımmüdafiə xəttinə.

İvan Lepinitsa, Umarali Rahmonaliyev, Aleksey İsayev, Cesse Sekidika, Coy-Lens Mikels, İvan Simiç, Kahim Parris, Aaron Muluda - adlarını sadaladığımız bu futbolçularda digər komandalarda olmayan və ya çox az olan bir xüsusiyyət var.

Onlar rəqib oyunçunu keçə, topu birinci zonadan üçüncü zonaya çox tez və driblinq şəklində apara bilir.

Odur ki, «Ssabah»ın hücum zonasında çoxlu müxtəlifliklər yaratmaq olur. Ən əsası, bu oyunçular atletik və sürət baxımından əla vəzyyətdədir.

Ümumiyyətlə, «Sabah»ın hal-hazırkı nəticələri bir sistemin bəhrəsidir.

Klub rəhbərliyinin məşqçi və futbolçu secimlərinin düzgünlüyü göz önündədir. Futbolda heç nə təsadüfən olmur. Doğru düşüncə tərzi dəqiq təhlil, bu da nəticə!

Futbol mütəxəssisi Amit Quluzadə

Xüsusi olaraq Sportinfo.az üçün

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti