“Sabah” Premyer Liqada ən böyükhesablı ev qələbəsini qazanıb.
Sportinfo.az PFL-in saytına istinadən xəbər verir ki, Masazır klubu Misli Premyer Liqasının 23-cü turunda “Qəbələ”ni 7:1 hesabı ilə məğlub edib.
Bu, həm də ən böyük fərqli qələbəsinin təkrarı olub. 2022-ci il dekabrın 23-də “Sumqayıt”ın qonağı olan bakılılar 6:0 hesablı qələbəyə sevinmişdilər.
Həmin matç da Premyer Liqa çərçivəsində baş tutub. 2022/23 mövsümündə səfərdə 6 top fərqi ilə qalib gələn “Sabah” eyni uğuru evdə təkrarlayıb.

