"Aktobe"nin (Qazaxıstan ) idman direktoru Marat Xayrullin "Sabah"ın qapıçısı Stas Pokatilovla bağlı açıqlama verib.
Sportinfo.az bu haqda sports.kz saytına istinadən xəbər yayıb.
O, YouTube-da yayımlanan "AmanVibe" kanalına müsahibəsində bildirib ki, vaxtilə Pokatilovla danışıq aparıb:
“Namizədlərimiz var idi. Mən şəxsən Stas Pokatilovla danışdım.
Amma onun hazırkı klubu ilə müqaviləsi var və komandanın kapitanıdır.
Qapıçılarla bağlı başqa namizədlər də var idi, amma biz sonda Aleksandr Zarutski razılığa gəldik və başqa variantları nəzərdən keçirmədik”.
Stas Pokatilov 2025-ci il yanvarın 21-də Qazaxıstan "Tobol"undan “Sabah”a transfer olunub.

