"Sabah"ın 10000 manatlıq şikayəti təmin edilmədi - FOTO

11 Mart 22:40 Sabah 418
"Sabah"ın 10000 manatlıq şikayəti təmin edilmədi - FOTO

AFFA Apellyasiya Arbitraj Tribunalının qərarlarını açıqlayıb.

Sportinfo.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, "Sabah"ın sabiq qapıçısı Yusif İmanovla bağlı Oyunçuların Statusu və Transferi Komitəsinin qərarına edilən apellyasiya şikayəti təmin edilməyib.

Qərarda bildirilib ki, “Sabah” Futbol Klubu tərəfindən verilən apellyasiya şikayəti təmin edilməsin.

Oyunçuların Statusu və Transferi Komitəsinin “Yusif İmanov – Sabah Futbol Klubu” işi ilə əlaqədar qəbul etdiyi 3 dekabr 2025-ci il tarixli 8604 saylı Qərarı öz qüvvəsində saxlanılsın.

Ötən ilin sonunda Oyunçuların Statusu və Transferi Komitəsi "Sabah"ın hazırda "Kəpəz"də çıxış edən Y.İmanova 10 000 manat ödəməsi ilə bağlı qərar çıxarıb.

"Sabah"ın Yusif İmanovla bağlı apellyasiya şikayəti təmin edilmədi

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
16 Aprel 18:10 Çək və bizə göndər!
16 Aprel 14:20 Bir də yayda qayıdacaq