Premyer Liqanın lideri qonaqların “vayına oturdu” - VİDEO

11 Mart 00:30 Sabah 401
Premyer Liqanın lideri qonaqların “vayına oturdu” - VİDEO

Misli Premyer Liqasında XXIII tura yekun vurulub.

Sportinfo.az xəbər verir ki, turun sonuncu qarşılaşmasında lider "Sabah" doğma meydanda "Qəbələ"ni 7:1 hesabı ilə məğlub edib.

"Bank Respublika Arena"da baş tutan matçda ev sahibi komandanın qollarını Coy Lens Mikels (11, 32), Aleksey İsayev (24), Kahim Parris (40), Aron Maluda (53), Cesse Sekidika (63) və Rəhman Daşdəmirov (77) vurublar.

Qonaqların heyətində isə Adriel Ba Loua (87) təsəlli qoluna imza atıb.

"Sabah" 56 xalla turnir cədvəlində vahid liderliyini qoruyur. "Qəbələ" 16 xalla 11-ci pillədə qərarlaşıb.

“Sabah” – “Qəbələ” 7:1

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
14 Aprel 18:10 Çək və bizə göndər!