"Sabah" Misli Premyer Liqasının 23-cü turunda "Bank Respublika Arena"da 7:1 hesabı ilə məğlub edib.
Sportinfo.az xəbər verir ki, Masazır təmsilçisinin baş məşqçisi Valdas Dambrauskas matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
"Komandamı təbrik edirəm. Rəqibimiz haqqında xoş sözlər demək istəyirəm. Ola bilər ki, bu gün hesab biraz fərqli oldu, amma bundan əvvəl 120 dəqiqəlik qarşılaşma və s. amillər bu günki oyuna təsir etdi rəqib baxımından. Bundan sonrakı matça hazırlaşmalıyıq. Kubok oyunları ilə çempionat oyunları arasında fərq olur. Rəqib müdafiənin arxasına yaxşı hücum edən oyunçulardan ibarətdir. Lakin futbolçularım bu hücumların qarşısını almağı yaxşı bacardılar".
- Mikels 2-ci hissənin başlanğıcında əvəz olundu. Hər hansı bir zədə ilə bağlı idi, ya taktiki gediş idi?
- Tamamilə zədə ilə bağlı olan bir əvəzetmə idi. Mikels tam olaraq hazır deyil oyunlara. Bu cür olmasına baxmayaraq Mikelsin fərqlənməsi çox gözəl bir məqamdır.
- Son 2 oyunda Andrey Santosa da şans verirsiniz. Oyunundan məmnunsunuzmu?
- Qısa müddətdə oyunda olduğuna görə, hər hansı bir fikir bildirmək doğru olmazdı. Amma məşqlərdə Santos çox çalışır və gələcəyə dair ümid verir. O, gəncdir və bundan sonra komanda üçün çox xeyir verəcək. Hər bir futbolçumuz bizim üçün dəyərlidir.
- 3 formada olan hücumçu arasında seçim etmək sizin üçün çətindirmi?
- Mənim üçün favorit oyunçu matç günü meydanda olan oyunçudur. Bu 3 hücumçu bizə çox lazımdır. Xəyalın bu gün sağlamlıq barədə narahatlığı var idi. Ona görə bu gün meydanda olmasa da, bundan sonrakı oyunlarda bizim ona çox ehtiyacımız olacaq. Hər 3-ündən razıyam.
- AFFA "Qarabağ"la matçda yaşananlarla bağlı məsələni yenidən nəzarətə götürdü. Çox gümanki köməkçi məşqçinizlə bağlı cəza olacaq. Bu sizi narahat edirmi?
- Bu barədə hər şeyi demişik. Əlavə şərhə ehtiyac yoxdur.

