Valdas Dambrauskasın israrla istədiyi oyunçu "gözləyin" dedi

10 Mart 22:20 Sabah 263
Valdas Dambrauskasın israrla istədiyi oyunçu "gözləyin" dedi

"Sabah"ın yarımmüdafiəçisi Velko Simiç gələcək karyerası ilə bağlı qərar verməyə tələsmir.

Müqavilə ilə "Sivasspor"a məxsus olan serbiyalı bu mövsümün əvvəlindən Masazır klubunda icarədədir.

O, qısa müddətdə özünü çox yaxşı tərəfdən göstərə bilib.

Meydana çıxdığı 24 oyunda 9 qol, 8 məhsuldar ötürmə ilə yadda qalıb.

Baş məşqçi Valdas Dambrauskas israrla onun avrokuboklarda da sərəncamında olmasını istəyir.

İkili daha əvvəl "Omoniya"da bir yerdə çalışıb.

Amma Simiç ilkin danışıqlarda klub rəhbərliyinə ona vaxt verilməsini istəyib.

Yaxşı təklifləri olan 31 yaşlı legioner tələsik qərar vermək istəmir.

Danışıqlardan başqa məlumat da əldə etmişik.

Belə ki, Simiçin "Sabah"la davam edib-etməməsində komandanın çempion olub-olmaması da ciddi rol oynayacaq.

Orta sahə oyunçusu Çempionlar Liqasında oynamağı çox istəyir.

Hətta bu halda yüksək ödənişli legioner müəyyən güzəştə getməyə belə razı olacaq.

XANOĞLAN / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti