Azərbaycan klubu 150 min avroya elə bir oyunçu alıb ki...

11:55 Sabah 178
Azərbaycan klubu 150 min avroya elə bir oyunçu alıb ki...

Sportinfo.az xəbər verir ki, ATV-də yayımlanan "Futbolumuz" verilişində "Sabah"ın gənc ulduzu Aaron Maluda haqqında danışılıb.

Verilişdə qeyd olunub ki, Maluda mövsümün kəşfi adlandırıla bilər.

Çıxışı ilə göz oxşayan 20 yaşlı futbolçu bu mövsüm 6 qolla komandasının heyətində ən çox fərqlənən 3-cü futbolçudur.

"Sabah" mövsümün əvvəlində "Lill"dən icarəyə götürdüyü fransalı vingerin transfer hüququna tam olaraq yiyələnib.

Belə ki, "bayquşlar" Maludaya görə Fransa klubuna 150 min avro (197 min manat) ödəniş edib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
7 Mart 22:40 Eh, elə bu qədər?