"Sabah" ölkə kubokunun 1/4 final mərhələsində "Qəbələ"nin üstələyərək yarımfinala vəsiqə qazandı.
Cavab görüşü xüsusilə dramatik alındı.
Əsas və əlavə vaxtı 3:3 bərabərliklə bitən görüşdə "tələbələr" yalnız 11 metrlik cərimə zərbələri sonrası qalib tərəf ola bildi.
Matçda məşqçilər korpusunu üzən məqam Velko Simiçin zədə alması oldu.
Serbiyalı bu səbəbdən 107-ci dəqiqədə yerini Aleksey İsayevə verdi.
31 yaşlı yarımmüdafiəçi bu gün həkim müayinəsindən keçib.
Məlum olub ki, ciddi narahatlığa əsas yoxdur.
Təcrübəli oyunçu ən pis halda qarşıdakı tur "Qəbələ"yə qarşı meydana çıxmaya bilər.
Simiç mövsümün əvvəli "Sabah"a qoşulub.
O, arxada qalan müddətdə keçirdiyi 24 görüşdə vurduğu 9 qol, 8 məhsuldar ötürmə ilə adından söz etdirə bilib.
XANOĞLAN / SPORTİNFO.AZ

