PSJ-dən “Sabah”a - Yeni qapıçı nələri dəyişə bilər?

16:40 Sabah 128
PSJ-dən “Sabah”a - Yeni qapıçı nələri dəyişə bilər?

“Sabah” dünəndən bəri Parisdən gələn sürpriz xəbərlə ölkənin transfer gündəmini silkələyib.

Məlumata görə, Premyer Liqanın lideri PSJ-nin yetirməsi olan 20 yaşlı mərakeşli qapıçı Bilal Laurendonu sıralarına qatmağa çox yaxındır.

Onun cari mövsümün sonunda azad agent kimi “Sabah”a keçəcəyi gözlənilir.

Gənc qolkiper 2019-cu ildən bu yana Paris klubunun sistemindədir və bu müddət ərzində müxtəlif mövsümlərdə U-17, U-19 və U-23 komandalarında çıxış edib, müəyyən oyun təcrübəsi qazanıb.

Son illərdə “Sabah”ın transfer siyasətində istər yerli, istər əcnəbi seçimində gənc və perspektivli futbolçulara üstünlük verməsi müşahidə olunur.

Bu yanaşma yalnız komandanın cari nəticələrini deyil, həm də uzunmüddətli inkişaf modelini hədəfləyir.

Əslində, bu addımlar təkcə heyəti gücləndirməyə yox, həm də klubun davamlılığının əsas xəttidir.

"Sabah"ın son turda "Qarabağ" önündə böyükhesablı üstünlüyünü dəqiqələr içində əldən verməsi məhz bu cür kritik anlarda etibarlı bir “arxa cəbhə”yə ehtiyac olduğunu bir daha sübut edir.

Əgər Laurendonun transferi uğurlu alınarsa, gənc qapıçının əsas sınağı məhz həmin "itirilmiş dəqiqələr"i bərpa etmək və çempionatın sərt tempinə uyğunlaşaraq "Sabah"ın qapısını keçilməz qalaya çevirmək olacaq.

Sima Cəfərova

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti