“Sabah”ın “Portu” və “Bayern”dən fərqi var ki? - Avropada ilk “13”ə girdilər

12:40 Sabah 117
“Sabah”ın “Portu” və “Bayern”dən fərqi var ki? - Avropada ilk “13”ə girdilər

Cari mövsüm Avropanın milli çempionatlarında ən az məğlub olan komandaların siyahısı yenilənib.

Sportinfo.az xəbər verir ki, onlar arasında Misli Premyer Liqasının lideri “Sabah” da yer alıb.

Mövsümün geridə qalan 22 turunda passivində cəmi 1 məğlubiyyət olan qəsəbə təmsilçisi “Şaxtyor” (Donetsk), “Zenit”, “Sportinq”, “Portu” və “Bayern” kimi tanınmış klublarla eyni göstəriciyə malikdir.

Hazırda Avropada ümumilikdə 13 komanda öz çempionatında cəmi 1 dəfə uduzub. Onları isə məğlubiyyətsiz mövsüm keçirən 4 klub qabaqlayır.

Bunlar “Vardar” (Şimali Makedoniya), “Slaviya” (Çexiya), “Benfika” (Portuqaliya) və “Fənərbağça”dır (Türkiyə).

"Sabah” hazırda 53 xalla Misli Premyer Liqasına başçılıq edir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti