“Sabah”ın hücumçusu Coy-Lens Mikels cari mövsüm Avropanın milli çempionatlarında ən çox qol vuran almaniyalı futbolçuların sıralamasında ikinci pilləyə yüksəlib.
Sportinfo.az xəbər verir ki, 31 yaşlı forvard son olaraq Misli Premyer Liqasının 22-ci turunda “Qarabağ”la görüşdə fərqlənib.
3:3 hesabı ilə başa çatan qarşılaşmada komandasının son qolunun müəllifi olan çempionatımızın bombardirinin aktivində 10 top var.
Mikels hazırda 4 həmyerlisi ilə ikinci pilləni bölüşür. Bunlar Noah Qanaus (“Odense”, Danimarka), Karlo Bukhalfa (“Sent-Qallen”, İsveçrə), Nadiem Amiri (“Maynts”, Almaniya) və Kevin Behrensdir (“Luqano”, İsveçrə).
Siyahıya “Ştutqart”ın Türkiyə əsilli forvardı Deniz Undav başçılıq edir. O, cari mövsüm Almaniya Bundesliqasında 14 qola imza atıb.

