Stas Pokatilov cari mövsüm Misli Premyer Liqasında quru oyunlar seriyasını 10-a çatdıran ilk qapıçı olub.
Sportinfo.az xəbər verir ki, “Sabah”ın qolkiperi son olaraq 21-ci turda “Kəpəz”lə ev matçında (1:0) rəqib hücumçularına imkan verməyib.
Qazaxıstanlı qolkiper daha əvvəl 4, 5, 7, 8, 10, 12, 13, 14 və 20-ci turlarda da qapısının toxunulmazlığını qorumağı bacarıb.
“İmişli” ilə qarşılaşmada qol buraxmayan “Şamaxı”nın qapıçısı Rikardo Fernandes isə həmkarını izləyir.
Fernandes quru oyunlar seriyasını 9-a çatdırıb. O, 4, 7, 9, 11, 12, 14, 18 və 20-ci turlarda da mərkəzə dəvət olunmayıb.
Həmçinin “Neftçi”nin qapıçısı Kenan Piriçdə də bu say 9-a bərabərdir. Piriç 2, 4, 5, 6, 9, 13, 17, 18 və 19-cu turları “quru” hesabla tamamlayıb.

