“Sabah”ın yamaykalı legioneri: “Hər şey istədiyiniz kimi gedir”

12:40 Sabah 121
“Sabah”ın yamaykalı legioneri: “Hər şey istədiyiniz kimi gedir”

“Məğlubiyyətsizlik seriyası yaxalamışıq, hər şey istədiyiniz kimi gedir”.

Sportinfo.az xəbər verir ki, bu sözləri “Sabah”ın yamaykalı legioneri Kahim Parris deyib.

26 yaşlı yarımmüdafiəçi Misli Premyer Liqasının XXI turunda “Kəpəz”i 1:0 hesabı ilə məğlub etdikləri oyun barədə fikirlərini bölüşüb:

“Bunu davam etdirməklə öz məqsədimizə daha da yaxınlaşırıq. İnanırıq ki, mövsümün sonunda hədəfimizə nail olacağıq.

Bizim üçün çox xüsusi və vacib oyun idi. Rəqib ilk hissədə çox yaxşı müdafiə olunurdu.

Bir neçə epizod yaratsaq da, onlardan yararlana bilmədik. Amma ikinci hissədə istədiyimizə nail olduq.

Üç xal qazandığımız üçün Allaha şükür edirəm”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti