“Sabah”ın U-13 komandası Gürcüstanda keçirilən “Kobuleti Winter Cup” turnirində çıxışını başa vurub.
Sportinfo.az xəbər verir ki, U-13 qrup mərhələsində “Xelvaçauri” (3:0) və “Dolphins” (4:0) komandalarını məğlub edib, “İberia 1999” (1:1) ilə bərabərə qalıb.
1/4 finalda “Kobuleti”yə qalib gələn (3:0) “Sabah” yarımfinala yüksəlib. Komanda yarımfinalda “Xelvaçauri”ni 3:1 hesabıyla üstələyərək həlledici matça vəsiqə qazanıb.
Finalda yerli “Vazisubani” (0:0) komandasına oyun sonrası penaltilər seriyasında uduzan “Sabah” turnirin ikincisi olub.

