Azərbaycan klubunun sabiq baş məşqçisini 4 ay sonra QOVDULAR!

25 Fevral 01:20 Sabah 614
Azərbaycan klubunun  sabiq baş məşqçisini 4 ay sonra QOVDULAR!

“Osiyek” (Xorvatiya) baş məşqçi Zeliko Şopiçlə yollarını ayırıb.

Sportinfo.az xəbər verir ki, 51 yaşlı mütəxəssis uğursuz nəticələrə görə vəzifəsindən azad edilib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Şopiçlə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. O, 2025-ci ilin oktyabrından bu komandanı çalışdırırdı.

“Osiyek” Xorvatiya çempionatında 23 turdan sonra 17 xal toplayıb və 10 komanda arasında turnir cədvəlinin sonuncu pilləsində qərarlaşıb.

Şopiç 2019/2020 mövsümündə “Sabah”In baş məşqçisi olub. "Osiyek" Şopiçin "Sabah"dan ayrıldıqdan sonra 4-cü klubu olub.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
01:50 Emrah PAŞA