"Hər oyunu 3-4 top fərqlə qazanmaq mümkün deyil"

21:00 Sabah 81
"Hər oyunu 3-4 top fərqlə qazanmaq mümkün deyil"

"Sabah"ın yarımmüdafiəçisi Velko Simiç Premyer Liqanın 21-ci turunda "Kəpəz"i məğlub etdikləri matçdan (1:0) sonra Sportinfo.az-a açıqlama verib.

Serbiyalı oyunçu ilk olaraq qarşılaşma barədə danışıb:

"Oyunun əvvəlində yaratdığımız çoxsaylı imkanlardan bir neçəsini qola çevirə bilsəydik, hər şey daha asan ola bilərdi. Amma bəzən belə də olur. Əsas olan qələbə qazanmaq idi ki, ona da nail olduq".

"Tələblər" 2026-cı ilə ardıcıl böyük hesablı qələbələrlə start vermişdi.

Valdas Dambrauskasın yetirmələri "Karvan-Yevlax"ı (4:1), "Araz-Naxçıvan"ı (4:1) və "Zirə"ni (3:1) birnəfəsə məğlub etmişdi.

Amma son iki görüşdə bunu görmürük. Komanda öncə "Qəbələ" səfərində, ardınca "Kəpəz"lə evdə çətinliklə əldə edilən minimal hesablı qələbələrə sevindi.

Simiç bunun səbəbini bu cür izah edib:

"Heç bir arxayınlıq yoxdur. Hər oyunu 3-4 top fərqlə qazanmaq mümkün deyil.

Vacib olan odur ki, biz hər matçda yaxşı oynayır və çoxlu qol epizodları yaradırıq".

XANOĞLAN

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti