Premyer Liqanın 22-ci turu "Qarabağ" - "Sabah" görüşü ilə yadda qalacaq.
Son çempion hazırkı lideri qonaq edəcək.
Ağdam klubunu yalnız qələbə qane edəcəksə, "tələbələr"ə bərabərlik də sərf edir.
Sportinfo.az-a açıqlama verən Velko Simiç görüşlər bağlı fikirlərini bildiirib:
"Vacib oyundur. Necə opacağını aman göstərəcək. Düşünürəm ki, əla oyun olacaq".
"Sabah"ın serbiyalı legioneri əsas rəqiblərindən 4 xal öndə olmağı üstünlük hesab etmədiyini sözlərinə əlavə edib:
"Oyun başlayanda turnir cədvəlindəki vəziyyəti unudursan. Hər iki komanda maksimumunu ortaya qoyacaq.
Kimin qalib gələcəyini oyundan sonra görəcəyik".
XANOĞLAN

