"Sabah" əla mövsüm keçirir.
Valdas Dambrauskas heç vaxt olmadığı qədər tarixində ilk dəfə çempion olmağa yaxındır.
Ölkə kubokunda mübarizəni davam etdirir.
Ardıcıl qələbələri sıralayır.
Premyer Liqada baxımlı futbol oynayan 2-3 kollektivdən biridir.
Heyətində yaxşı karyerası olan, keyfiyyəti ilə seçilən əcnəbilər yer alır.
Amma bütün bunlara rəğmən komandanı ev oyunlarında tribunaların böyük qismi boş olur.
Hətta baş məşqçi Valdas Dambrauskas da bu mənzərədən narahatlığını dilə gətirib. Bəs problem nədir? Bu vəziyyət oyunçulara necə təsir edir?
Bu mövsüm "Sabah"a qoşulan, qısa müddətdə liderinə çevrilən Velko Simiç Sportinfo.az-a açıqlamasında mövzu ilə bağlı bunları dedi:
“Sabah” hələ gənc klubdur, ona görə də azarkeşləri stadiona cəlb etmək üçün zaman lazımdır.
Amma inanıram ki, bu mövsüm kluba, xüsusilə də yeni nəsil arasında böyük populyarlıq qazandıra bilər".
XANOĞLAN

