"Viz qol vurduqca, qələbə qazandıqca azarkeşlərimiz azalır" - Valdas Dambrauskas

20:10 Sabah 147
"Viz qol vurduqca, qələbə qazandıqca azarkeşlərimiz azalır" - Valdas Dambrauskas

Misli Premyer Liqasının XXI turu çərivəsində "Kəpəz"i qəbul edən lider "Sabah" 1:0 hesablı qələbə qazanıb.

Sportinfo.az xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransında "Sabah"ın baş məşqçisi Valdas Dambrauskas jurnalistlərin suallarını cavablandırıb:

"Çox yaxşı oyun alındı. Son dəqiqələrdə fərqlənsək belə, komandadan razı qaldım. Rəqibə daha çox təzyiq edirdik. Çox qol epizodu yaratdıq. 2-3 qol vuraraq qələbə qazana bilərdik. "Kəpəz" də bizə hücumlar edirdi. Biz bu günü unutmalıyıq. Sabahdan məşqlərimizə başlayıb növbəti oyun haqda düşünməliyik".

- Son 2 oyunda qələbə qazansanız da, çətinliklə bunu etdiniz. Bunu "Qarabağ"la matçöncəsi həyəcan siqnalı kimi qələmə vermək olar?

- Ola bilər bizim üçün həyəcan siqnalıdır.Amma neynəmək olar. Daha çox mübarizə aparmalıyıq və əlimizdən gələni etməliyik.

- "Qarabağ"la matç Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq. Orada sizə çətin olacağını düşünürsüzmü?

- Biz istərdik ki, daha çox azarkeşlərimizi görək meydanda. Sanki biz qol vurduqca, qələbə qazandıqca azarkeşlərimiz daha da azalır. Bəlkə də hava şəraitinə görədir, bilmirəm. Qarşıdakı oyunda istərdim ki, stadion tam dolsun.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti