Xəyal Əliyev Azərbaycan futbolunun son illər yetişdirdiyi ən istedadlı gənclərindən biridir.
Hələ "Sabah" klubunun akademiyasından xoş səs-sorağı bizə gəlib çatırdı.
Həmyaşıdlarından ciddi fərqlənən vinger elə gənc yaşlarından əsas komandanın üzvünə çevrilməyi bacardı.
Ulduzu 2 il əvvəl Konfrans Liqasında parlamışdı.
Səfər oyununda Hayfa "Makkabi"sinin qapısından əla qol keçirməklə.
Lakin Krunoslav Renduliç istedadlı gəncin potensialını sonrakı dönəmdə tam aça bilmədi.
Valdas Dambrauskas isə hələki bunu ən üst səviyyədə bacarır.
Mövsümə vinger kimi başlayan Əliyev 13 görüşdə 2 məhsuldar ötürmə ilə yadda qalmışdı.
Litvalı mütəxəssis əsas hücumçuların zədələnməsi fonunda onu mərkəz hücumçusuna çevirdi.
"9 nömrə"ni ilk dəfə "Sumqayıt"la səfər oyununda yeni mövqeyində gördük.
Düzdü, ilk iki oyunda məhsuldarlıq sıfır oldu.
Valdas ona inanmağa davam etdi.
Bu da nəticəsi.
Xəyal qolları sıralamağa davam edir.
Son 3 görüşdə adına 4 qol yazdıra bilib.
Heç vaxt yaxalamadığı sürətdir.
Çətin olanı əldə edilib.
Daha çətini isə qarşıdadır.
Ulduz xəstəliyinə tutulmadan ən azı bu tempi qorumaq lazımdır.
XANOĞLAN / SPORTİNFO.AZ

