"Çalışıram ki, buna çox fikir verməyim və diqqətimi yayındırmayım”

14:20 Sabah 89
"Çalışıram ki, buna çox fikir verməyim və diqqətimi yayındırmayım”

Misli Premyer Liqasının 20-ci turu çərçivəsində "Qəbələ"ni məğlub edən "Sabah"ın qapıçısı Stas Pokatilov matçdan sonra (1:0) oyun barədə fikirlərini bölüşüb.

Sportinfo.az xəbər verir ki, görüşün qəhrəmanlarından olan qolkiper gərgin keçən qarşılaşmanı klubun mətbuat xidmətinə belə şərh edib:

"Çox ağır oyun oldu, xüsusilə son dəqiqələr çox gərgin keçdi. Düzü, uzun müddət idi ki, belə oyunumuz olmamışdı.

Adətən, daha rahat qələbələr qazanırdıq. Amma çempionatın sonuna yaxınlaşırıq və düşünürəm ki, belə oyunların sayı artacaq. Ona görə də əsas olan qələbə qazanmaqdır".

Mövsümdəki 12-ci "quru" oyununu keçirən və matçda kritik qurtarışlarla yadda qalan qapıçı şəxsi statistikasına da münasibət bildirib:

"Çalışıram ki, statistikaya çox fikir verməyim və diqqətimi yayındırmayım. Əlbəttə, bəzən baxıram, maraqlı gəlir.

Amma ən vacibi komandanın nəticəsidir. Əsas odur ki, hər oyunda qələbə qazanaq, şəxsi göstəricilər isə ikinci plandadır".

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti