Premyer Liqada hamını qabaqlayan klub rəhbərliyindən futbolçulara PUL JESTİ!

16:40 Sabah 216
Premyer Liqada hamını qabaqlayan klub rəhbərliyindən futbolçulara PUL JESTİ!

Uğurlu mövsüm keçirən «Sabah»ın futbolçuları rəhbərlik tərəfindən muştuluqlanıb.

Ölkə kubokunda ¼ final mərhələsinə daxil olan, Premyer Liqada turnir cədvəlinə başçılıq edən «bayquşlar»a ayrılan ümumi mükafat fondu xeyli artırılıb.

Komandanın tarixində ilk dəfə çempionluq şansı yaxalamasını nəzərə alan yönətim bundan sonra daha çox ödəmə edəcək.

Kollektiv üzvləri bundan belə qazanacağı hər qələbəyə görə minimum 4000 manat «ənam» alacaq.

Liderlər qrupunda yer alan rəqiblərlə matçlarda əldə olunacaq 3 xalın maddi qarşılığı isə 5000-6000 manatdan aşağı enməyəcək.

Ölkə kubokunda «Qəbələ» ilə düşən «Sabah» çempionatın geridə qalan hissəsində də 46 xal toplayıb.

Masazır təmsilçisi ondan bir oyun çox keçirmiş «Qarabağ»ı hazırda 1 xal qabaqlayır.

Valdas Dambrauskasın çalışdırdığı komanda çepionatın geridə qalan müddətində 14 qələbə qazanıb, 4 heç-heçə edib və cəmi 1 dəfə məğlubiyyətlə üzləşib.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti