Azərbaycan Kubokunun qalibi ilə müqaviləyə xitam verildi

12 Fevral 20:40 Sabah 76
Azərbaycan Kubokunun qalibi ilə müqaviləyə xitam verildi

“Sabah” yarımmüdafiəçi Anatoli Nuriyevlə yollarını ayırıb.

Sportinfo.az xəbər verir ki, 29 yaşlı futbolçu ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Nuriyev 2022-ci ildən “Sabah”ın uğurları üçün çalışırdı. O, komandanın heyətində 118 oyun keçirib, 12 qola imza atıb, Azərbaycan Premyer Liqasının gümüş və bürünc medallarını qazanıb, həmçinin Azərbaycan Kubokunun qalibi olub.

Masazır təmsilçisi Anatoli Nuriyevə kluba xidmətlərinə görə təşəkkür edib, ona gələcək karyerasında uğurlar arzulayıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
12 Fevral 18:10 Çək və bizə göndər!
12 Fevral 03:20 Premyer Liqada 100-cü...
12 Fevral 02:00 Bizi bağışla, Nəriman!