Fevralın 10-da Azərbaycan futbolunda qış transfer pəncərəsi bağlanıb.
Premyer Liqa təmsilçilərinin hamısı transfer dövründə heyətinə yeni oyunçu cəlb edib.
İndən belə klublar yalnız azad agent statusu daşıyan futbolçuları transfer edə bilərlər.
"Sabah" da məhz bundan istifadə etmək niyyətindədir. Çempionatın lideri hazırda bir müdafiəçi ilə danışıqlar aparır.
Həmin oyunçu son olaraq Avropada çıxış edib və Valdas Dambrauskasa tanış birisidir. Baş məşqçi bu əcnəbinin gəlişiylə arxa xəttin daha da güclənəcəyi qənaətindədir.
Masazır təmsilçisi bu qış Fransa "Lill"indən vinger Aaron Maludanın transfer hüququnu alıb.
Özbəkistanlı yarımmüdafiəçi Umarali Rahmonaliyev Rusiya "Rubin"indən birdəfəlik alınıb. Həmçinin qabonlu hücumçu Patrik Orfe Mbina Sloveniya "Maribor"undan icarəyə götürülüb.
Gedənlərin siyahısına isə Neqoş Kupusoviç, Boyan Letiç, Ayaz Quliyev və Abdulla Rzayev ("Şamaxı"ya icarəyə verilib) daxildir.
SPORTİNFO.AZ

