
“Turan Tovuz”la öz meydanımızda oynayacağıq.
Rəqibimiz çempionata yaxşı başlayıb, formadadır”.
“Sabah”ın yarımmüdafiəçisi Abdulax Xaybulayev Sportinfo.az-a komandasının qarşıdakı oyunu barədə danışıb.
Şənbə günü baş tutacaq görüş turun prinsipial qarşılaşmalarından biri kimi yadda qalacaq. Təkcə ötən mövsüm kollektivlər arasında avrokuboklara vəsiqə uğrunda gedən mübarizəni xatırlatmaq yerinə düşər.
Cari mövsümdə isə hər ikisi yenə medallara iddia edir.
Azərbaycan millisinin də şərəfini qoruyan Xaybulayev “Sabah”ın qələbə istəyini gizlətməyib:
“Hər iki komanda üçün çətin matç olacaq. Onsuz da, “Turan Tovuz”la oyunlarımız hər zaman gərginliyi ilə yadda qalıb.
Bu dəfə də eyni tempdə olacağını düşünürəm. Son iki görüşdə qələbə qazana bilməməyimiz bizi daha məsuliyyətli olmağa səsləyir.
Qələbədən başqa heç bir nəticə barədə düşünmürük. Əlimizdən gələni edəcəyik ki, 3 xal bizim olsun”.
Sentyabrın 20-də “Bank Respublika Arena”da gerçəkləşəcək duelin start fiti saat 19:30-da çalınacaq.
HƏBİB