“Sabah”da beş futbolçu ilə bağlı müəmma – Onlara nə olub?

21:20 Sabah 323
“Sabah”da beş futbolçu ilə bağlı müəmma – Onlara nə olub?

“Neftçi” – “Sabah” qarşılaşmasında (0:0) hər iki komanda meydana yarıcan heyətlə çıxmışdı.

Meydan sahibləri itkilər barədə məlumat vermişdi. Alessio Kurçi zədə, İqor Ribeyro cəza səbəbindən matçı kənardan izləmək məcburiyyətində qalmışdı.

Qonaqların əsas heyətində isə birdən-birə beş aparıcı futbolçunun adına rast gəlmədik – Cesse Sekidika, Zinedin Uld Xaled, İqor Noqeyro, Boyan Letiç və Pavol Şafranko.

Və bu məqam haqlı olaraq çoxlarında sual yaratdı.

Pavolun ehtiyat oyunçular skamyasında oturub, meydana sonradan qoşulması sırf baş məşqçinin qərarı idi. Valdas Dambrauskas ikinci hissədə irəli xətdə ağırlıq yaratmaq üçün təcrübəli hücumçunu yanında saxlamışdı.

Digər dörd nəfər isə zədədən əziyyət çəkir. Hərçənd Noqeyronun adı “23-lüy”ə daxil edilə bilərmiş. Litvalı mütəxəssis risk etmək istəməyib. Yəqin ki, “Turan Tovuz”la oyuna qədər hazır olacaq.

Digər üç nəfər isə müalicə alır, fərdi məşqlərlə kifayətlənir. Növbəti görüşdə iştirak edəcəkləri də inandırıcı görünmür.

Sentyabrın 20-də “Bank Respublika Arena”da keçiriləcək “Sabah” – “Turan Tovuz” dueli saat 19:30-da başlayacaq.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti