
“Sabah” bu gün sıralarına yeni legioner qatıb.
Azərbaycan kubokunun sahibi son olaraq sol cinah müdafiəsi mövqeyini gücləndirib.
Timoteuş Puçax bu məqsədlə icarəyə götürülüb. Palşalı ən azı gələn ilin yayınadək ölkəmizdə çıxış edəcək.
Odur ki, onun müqaviləylə məxsus olduğu “Holştayn Kil” ilə razılıq əldə edilib.
Almaniya klubu ilə anlaşmaya əsasən, “bayquşlar“ 2026-cı ilin iyununda poylakı birdəfəlik satın ala bilər. Belə olan halda, qarşı tərəfə təzminat ödəmək lazım gələcək.
Timoteuş Puçax karyerasına “Lex”də (Poznan) başlayıb. Daha sonra “Zaqlebie” və “Katoviçe”yə icarəyə verilib.
2021-ci ildə Almaniyada “Yunion”a (Berlin) keçib. Daha sonra “Trabzonspor”, “Panatinaikos” və “Kayzerslatuern”də icarədə olub.
Ötən mövsümün əvvəlində “Holştayn Kil”ə üz tutub, almanları isə onu İngiltərəyə - “Pleymut”a icarəyə verib.
“Sabah“ bu yay Akim Zedadka ("Pyast", Polşa) Stiv Solvet (“Martiq”, Fransa), Zinədin Uld Xaled ("Anje", Fransa) və sıralarına qatıb.
SPORTİNFO.AZ