“Qardaş kimiyik, ailəvi dostuq, “See Breeze”ə gedirik, bir iş idi oldu”

6 Sentyabr 23:40 Sabah 641
“Qardaş kimiyik, ailəvi dostuq, “See Breeze”ə gedirik, bir iş idi oldu”

Avqustun 24-də Şamaxıda yerli komanda ilə “Sabah” arasında baş tutan görüşdə maraqlı olay yaşandı.

Futbolda nadir hallarda rast gələ biləcəyimiz hadisə zamanı qonaqların iki futbolçusu – İqor Noqeyro ilə Coy-Lens Mikkelsin sözləri çəp gəldi.

25-ci dəqiqədə yaşanan epizod zamanı futbolçuların bir-birinə kəskin etirazına baş məşqçi Valdas Daçbrauskasla komandanın digər üzvləri müdaxilə etməsəydi, ciddi insident baş verə bilərdi.

Sportinfo.az-a açıqlama verən Mikels məlum məsələyə aydınlıq gətirib:

“İqorla yaxın dostuq. Qardaş kimiyik, ailəvi dostluq edirik, “Sea Breeze”ə birlikdə gedirik.

Çox yaxın və yaxşı münasibətimiz var. Belə olmasını istəməzdik, bir iş idi oldu.

Hansısa oyun epizodu ilə bağlı artıq söz işlətdim, bunu da kənardan kimsə eşitdi deyə, xoşuna gəlmədi, kəskin reaksiya verdi. Futbolda belə hallar olur.

Əsas odur qardaşlığımız davam edir. Matç başa çatandan sonra söhbət etdik, məsələyə aydınlıq gətirdik. Söhbət meydanda qaldı”.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti