"Sabah"ın özbəkistanlı yarımmüdafiəçisi Şri-Lankaya qol vurdu

5 Sentyabr 2025 04:00 Sabah 649
"Sabah"ın özbəkistanlı yarımmüdafiəçisi Şri-Lankaya qol vurdu

“Sabah”ın yarımmüdafiəçisi Umarali Raxmonaliyevin də formasını geyindiyi Özbəkistanın U-23 millisi Asiya kubokunun seçmə mərhələsində Şri-Lanka ilə üz-üzə gəlib.

Sportinfo.az xəbər verir ki, oyunda Özbəkistan yığması 4:0 hesablı qələbə qazanıb.

Umarali Raxmonaliyev də bu görüşün iştirakçısı olub.

Komandasının qollarından birini də Raxmonaliyev vurub. 22 yaşlı yarımmüdafiəçi 38-ci dəqiqədə fərqlənib.

Umarali Raxmonaliyev bu ilin yanvar ayından "Sabah"ın formasını geyinir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
01:50 Emrah PAŞA