
"Sabah"ın məşqçilər korpusunda ayrılıq yaşanmasını xəbər vermişdik.
Uzun müddətdir burada yer alan Ruslan Qafitullin Valdas Dambrauskasın istəyilə əsas komandanın məşqçilər korpusundan getməli olmuşdu.
Təcrübəli məşqçi A komandasından ayrılsa da, klubu tərk etməyib.
Ona akademiyada yeni iş təklif edilib.
Belə ki, U-17 komandasını yeni mövsümdən Qfitullin çalışdıracaq.
Veteran müdafiəçinin Murad Musayevin dönəmindən əsas komandada yer aldığını bildirək.
46 yaşlı məşqçi daha əvvəl "Səbail"in akademiyasında çalışıb.
XANOĞLAN / SPORTİNFO.AZ