"Sabah" Avstriyada yalnız finalı uduzdu

02:40 Sabah 118
"Sabah" Avstriyada yalnız finalı uduzdu

"Sabah”ın U-10 komandası Avstriyanın Trayskirxen şəhərində keçirilən “Eurocup Trophy 2025” beynəlxalq futbol turnirində iştirak edib.

Sportinfo.az xəbər verir ki, turnir 2 günü əhatə edib.

İlk gündə keçirilən turnirdə təmsilçimiz Avstriyanın “Soccer School Wien” (2:1), “FCM Traiskirchen” (3:1), Serbiyanın “Fortuna Pancevo A” (3:1), Almaniyanın “SC Theresienfield” (5:0) komandalarını məğlub edib.

Həlledici görüşdə “FCM Traiskirchen”ə məğlub olan (2:3) “Sabah” turnirin ilk gününü ikinci pillədə başa vurub.

Aydın Manaflının baş məşqçisi olduğu kollektiv növbəti gün keçirdikləri oyunlarda Avstriyanın “Soccer School Wien” (2:1), “Inzersdorf” (7:0), Serbiyanın “Fortuna Pancevo A” (4:1) və “Fortuna Pancevo B” (4:0) komandalarını məğlub edib.

Final oyununda yenidən “Fortuna Pancevo A” ilə qarşılaşan “Sabah” 1:2 hesabı ilə məğlub olaraq, yekun nəticədə ikinci yeri tutub.

Digər Xəbərlər
Xəbər Lenti
2 Sentyabr 05:00 Santuşun mətbuat vaxtı