“Qarabağ”a uduza bilərik, lakin “Sabah”a əsla!” – Tanınmış sima ürəyini boşaltdı

31 Avqust 18:35 Sabah 65
“Qarabağ”a uduza bilərik, lakin “Sabah”a əsla!” – Tanınmış sima ürəyini boşaltdı

Cari mövsümə “Şamaxı” üzərində qələbə ilə başlayan (2:1) “Sabah” uğurun davamını gətirmək niyyətindədir.

“Qarabağ”la oyun təxirə salındığı üçün cəmi bir oyuna çıxan “tələbələr”in növbəti rəqibi “İmişli”dir.

Həmin “İmişli” ki, Premyer Liqada yeni olmasına baxmayaraq, “Turan Tovuz”a son dəqiqə qolu ilə uduzub (0:1), “Neftçi” ilə bərabərə qalıb – 1:1.

“Sabah”ın əsas siması Coy-Lens Mikels də bu komandadan ehtiyat edir. Lakin Sportinfo.az-a açıqlamasında qələbə istəklərini gizlətməyib:

“Biri var tanıdığın komandaya qarşı oynayırsan, biri də var ilk dəfə qarşılaşırsan. Əlbəttə ki, ikinci variant daha çətindir. Çünki rəqib sənin üçün sürprizdir.

Ümumiyyətlə, rəqiblərdə belə bir düşüncə var ki, “Qarabağ”ı məğlub edə bilməsək belə, “Sabah”ı mütləq udmalıyıq.

“Qarabağ”a uduza bilərik, lakin “Sabah”a əsla!” – oyuna belə yanaşırlar. Bizə qarşı hədsiz motivasiyalı olurlar, meydanda 100 yox, 120 faizini etməyə çalışırlar.

“İmişli”nin matçlarına baxmışam. Oyun üslublarını bəyənirəm. Beş nəfərlə sıx və ağıllı müdafiə olunurlar. Bizim işimiz etibarlı müdafiə xəttini yarıb, lazım olan qolları vurmaqdır. Növbəti qələbəni istəyirik”.

Avqustun 31-də “Bank Respublika Arena”da reallaşacaq oyun saat 19:30-da start götürəcək.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti