«Ötən mövsüm "Sabah"da çatışmayan bu idi».
Tanınmış futbol eksperti Emin Abbasov belə deyib.
O, ATV kanalında yayımlanan «Futbolumuz» verlişində Masazır təmsilçisinin keçən sezon üzləşdiyi əsas probemi açıqlayıb.
Vaxtilə «Sabah»da idman direktoru işləmiş sabiq funksioner qeyd edib ki, «bayquşlar»ın Premyer Liqanı beşinci pillədə başa vurması və medalçılar sırasından kənarda qalması özündən zəif rəqiblərlə qarşılaşmalarda çoxsaylı xal itkilərinə yol verməsidir.
Abbasov deyib ki, «Sabah» belə komandalarla matçlara konsentrasiya olmaqda çətinlik çəkdiyindən, eniş yaşayıb.
Onun fikrincə, çempionat yoluyla avrokuboklara vəsiqə qazanmaq istəyən kollektiv bu cür oyunlara maksimum diqqətli yanaşmalı, xal itklərindən qaçmağa çalışmalıdır.
SPORTİNFO.AZ
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN

