1 illik icarə əsasında Azərbaycanda çıxış edəcək

29 Avqust 2025 00:40 Sabah 551
1 illik icarə əsasında Azərbaycanda çıxış edəcək

“Sabah” heyətini yeni futbolçu ilə gücləndirib.

Sportinfo.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Serbiyalı hücumameyilli yarımmüdafiəçi Velko Simiçin keçidi ilə bağlı “Sivasspor” (Türkiyə) ilə razılıq əldə edilib.

Anlaşmaya əsasən, futbolçu 1 il icarə əsasında Masazır təmsilçisində çıxış edəcək.

O, “Sabah”da 21 nömrəli formada çıxış edəcək.

Simiç karyerası ərzində “Sivasspor”la yanaşı, Serbiyanın “Srvena Zvezda” (2012-2013, 2018-2021), “Zemun” (2018), “Voyvodina” (2021-2023), İsveçrənin “Bazel” (2013-2017), “Şaffhauzen” (2016), “Kyasso” (2016-2017), “Vintertur” (2017), Sloveniyanın “Domjale” (2014-2015) və Kiprin “Omoniya” (2023-2025) klublarında çıxış edib.

Velko Serbiyanın müxtəlif yaş qruplarından ibarət yığmalarının və əsas millinin üzvü olub.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
01:50 Emrah PAŞA