
“İlk iki mərhələdə 4 qol vurdum və öz performansımdan müəyyən qədər razı idim”.
Sportinfo.az xəbər verir ki, bu sözləri “Sabah”ın hücumçusu Pavol Şafranko deyib.
28 yaşlı slovakiyalı forvard bu yay avrokuboklardakı şəxsi göstəricilərinə toxunub:
”Fərdi uğurlar komanda uğuru ilə tamamlanmadıqda bunun dəyəri azalır. Pley-offa çıxmağı çox istəyirdik, çünki klub olaraq daha böyük hədəflərimiz var idi.
Təəssüf ki, bu dəfə alınmadı. İndiki məğlubiyyət bizə dərs olmalıdır.
Daha çox çalışmalı, oyunumuzu təkmilləşdirməli və növbəti mövsüm üçün daha güclü qayıtmalıyıq. Əlbəttə, məyusluq var. Amma futbol belədir,
həyat da belədir - hər zaman qalib gələ bilməzsən. Əsas odur ki, bu məğlubiyyətdən nəticə çıxaraq irəliləyək”.