
"Sabah"ın baş məşqçisi Valdas Dambrauskas nümunəvi davranışı ilə yadda qalıb.
Belə ki, Konfrans Liqasının 3-cü təsnifat mərhələsinin "Levski" ilə cavab görüşündən sonra az yaşlı uşaqlar əcnəbi baş məşqçi ilə xatirə fotosu çəkdirmək üçün ona yaxınlaşıb.
Amma mühafizəçilər buna mane olub.
Vəziyyəti belə görən litavalı özü müdaxilə edib.
O, uşaqların yaxınlaşması üçün şərait yaradılmasını xahiş edib.
Yorğun və kefsiz görünməsinə baxmayaraq azyaşlı fanatların hər biri ilə foto çəkdirib.
Xatırladaq ki, hər iki görüşdə rəqibinə məğlub olan (0:1, 0:2) təmsilçimiz avrokuboklarda mübarizəni dayandırıb.
XANOĞLAN / SPORTİNFO.AZ