“Sabah”la oyunda qol gec gəldi, bu, əslində, bizə faydalı oldu”

14:20 Sabah 90
“Sabah”la oyunda qol gec gəldi, bu, əslində, bizə faydalı oldu”

Konfrans Liqasının 3-cü təsnifat mərhələsinin “Sabah”la cavab oyununda “Levski”nin ilk qolunun müəllifi olan Radoslav Kirilov fikirlərini bölüşüb.

Sportinfo.az "Tema Sport"a istinadən xəbər verir ki, bolqarıstanlı vinger Bakıda 2:0 hesablı qələbədən sonra deyib ki, "Sabah"a daha çox qol vura bilərdilər:

"Hədsiz şadam ki, bu turu keçə bildik. Hər iki görüşdə rəqibdən daha yaxşı oynadıq.

İlk oyunda qol gec gəldi. Amma bu, əslində bizə faydalı oldu.

Düşünürəm ki, komandamız hələ inkişaf etməlidir. Taktiki olaraq göstərişlərə əməl etdik.

Rəqib qapısı qarşısında çoxlu qol vəziyyətlər yaratdıq və daha çox qol vura bilərdik, lakin bunlar da kifayətdir",

Sofiyada keçirilən ilk görüdə "Sabah"a 1:0 hesabı ilə qalib gələn "Levski" Bakıdakı oyunda 2 cavabsız qolla növbəti mərhələyə yüksəlib. Komanda pley-offda "AZ Alkmaar"a (Niderland) rəqib olub.

Digər Xəbərlər
Xəbər Lenti
15 Avqust 22:20 Bolqar dərsi...