
"Levski" Konfrans Liqasının 3-cü təsnifat mərhələsində təmsilçimiz "Sabah"ı Bakıda da məğlub edərək (2:0) pley-off mərhələsinə vəsiqə qazandı.
"Bank Respublika Arena"da keçirilən görüşə bolqarların marağı kifayət qədər böyük idi.
Təxminən 200 nəfər qonaq azarkeş tribunalarda yer almışdı.
50 nəfərlik bir qrup qapı arxasında, digər böyük qrup isə yan tribunada cəm olmuşdu.
90 dəqiqə aktiv dəstəklə yadda qalan çılğın fanatlar final fitindən sonra uzun müddət qələbəni futbolçularla birgə qeyd etdilər.
Həmin görüntüləri aşağıdakı linkə daxil olaraq izləyə bilərsiniz:
XANOĞLAN / SPORTİNFO.AZ