Bolqar dərsi...

15 Avqust 22:20 Sabah 471
Bolqar dərsi...

"Sabah" üçün də avrokuboklarda mübarizə başa çatdı.

"Tələblər" Bolqarıstan "Levski"si ilə bacarmadı.

Halbuki cavab görüşü öncəsi ümidlər az deyildi.

Səfərdə 0:1 məğlub olan Valdas Dambrauskasın çalışdırdığı komandanın geridönüş edəcəyini gözləmək olardı.

Axı "tələblər" səfərdə cəsarətli çıxışla yadda qalmışdır.

Amma eyni cəsarəti Masazırda görmədik.

"Sabah"ın futbolçuları qorxaq futbol oynadı.

Yalnız ikinci yarıda maksimum 10 dəqiqə nəsə etməyə çalışdılar. Vəssalam!

Baş məşqçi ehtiyatlı oynamaq yolunu seçmişdi, yoxsa futbolçuların gözü rəqibdən qorxmuşdu demək çətindir.

Reallıq isə odur ki, "Levski" Bakıda daha rahat oynadı.

"Qorxan gözə çöp düşər" deyiblər.

Bolqarlar həmin çöpü iki qolla tabloya yansıdıb, Bakıdan zəfərlə ayrıldı.

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti
8 Dekabr 18:10 Çək və bizə göndər!
8 Dekabr 08:20 Yeni rəqibi məlum oldu
8 Dekabr 02:40 Nazim nokautla uduzdu