"Baş məşqçimizin bütün tapşrıqlarını yerinə yetirməyə 100 faiz hazırıq"

14 Avqust 2025 08:20 Sabah 615
"Baş məşqçimizin bütün tapşrıqlarını yerinə yetirməyə 100 faiz hazırıq"

“Biz "Sabah"la oyuna tam hazırıq”.

Sportinfo.az xəbər verir ki, bunu "Levski"nin futbolçusu Qasper Trdin "Sabah"a qarşı keçirəcəkləri Konfrans Liqasının III təsnifat mərhələsinin cavab oyunundan öncə deyib.

Yarımmüdafiəçi bu matça ciddi hazırlaşdıqlarını bildirib:

"Baş məşqçimizin bütün tapşrıqlarını yerinə yetirməyə tam hazırıq. İnanırıq ki, Bakıdakı matçda da qələbə bizimlə olacaq. 100 faiz hazırıq".

"Sabah" - "Levski" görüşü avqustun 14-də, saat 20:00-da "Bank Respublika Arena"da keçiriləcək.

Bolqarıstanda baş tutan ilk qarşılaşmada meydan sahibləri bir cavabsız qolla qalib gəlib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
01:50 Emrah PAŞA