“Sabah”ın çox yaxşı futbolçuları var - Müdafiə olunmaq fikrində deyilik”

13 Avqust 22:40 Sabah 516
“Sabah”ın çox yaxşı futbolçuları var - Müdafiə olunmaq fikrində deyilik”

“Levski"nin (Bolqarıstan) baş məşqçisi Xulio Velaskes Konfrans Liqasının 3-cü təsnifat mərhələsinin cavab oyunlarında "Sabah"a qarşı keçirəcəkləri matç haqda danışıb.

Sportinfo.az xəbər verir ki, o, görüşdən öncə keçirilən mətbuat konfransında deyib:

"İlk matçda son dəqiqə qolu ilə qələbə qazandıq, amma bu bizə cavab oyunu üçün rahatlıq verməməlidir. Uğurlu seriyamızı davam etdirmək istəyirik.

Rəqibin müxtəlif mövqelərdə çox yaxşı futbolçuları var. Çətin oyun olacaq, amma məqsədimiz davam etməkdir".

Mütəxəssis hücum futbolu oynayacaqlarını bildirib:

"Son oyunlarımızı kənara qoymalıyıq. “Sabah”la ilk matçda olduğu kimi bizim əsas hədəfimiz müdafiə olunmaq deyil.

Prioritet topu ortada saxlayaraq hücuma aparmaqdır. Müdafiə olunmaq fikrində deyilik. Məncə, ilk görüşdən daha sürətli oyun görəcəyik”.

X.Velaskes mümkün penaltilər seriyası haqda da söz açıb:

“Bizim artıq 1-ci və 2-ci təsnifat mərhələlərində “Hapoel Beer-Şeva” və “Braqa” ilə oyunlarda belə təcrübəmiz var. Amma istəyirik ki, işimizi əsas vaxtda həll edək”.

Digər Xəbərlər
Xəbər Lenti
8 Dekabr 18:10 Çək və bizə göndər!
8 Dekabr 08:20 Yeni rəqibi məlum oldu
8 Dekabr 02:40 Nazim nokautla uduzdu