"Sabah"la oyunda sonadək mübarizə aparacağıq, lazım olan hər şeyi edəcəyik”

13 Avqust 14:20 Sabah 563
"Sabah"la oyunda sonadək mübarizə aparacağıq, lazım olan hər şeyi edəcəyik”

“Levski”nin fransız yarımmüdafiəçisi Mazir Sula Konfrans Liqasının təsnifat mərhələsinin 3-cü turunun Masazırda “Sabah”a qarşı keçiriləcək cavab oyunu (ilk oyun – 1:0) ilə bağlı fikirlərini bölüşüb.

Sportinfo.az xəbər verir ki, “dsport”a açıqlama verən Sofiya klubunun legioneri Bakıda uğurlu nəticəyə inandığını bildirib:

"Sabah"la oyunda sona qədər mübarizə aparacağıq. Lazım olan hər şeyi edəcəyik.

Azarkeşlərimiz növbəti mərhələyə adlamağımızı görməyə layiqdirlər. Bolqarıstan da buna layiqdir. Daha da irəli getməyə çalışacağıq”.

“Sabah” – “Levski” matçı avqustun 14-də keçiriləcək və görüşə 20:00-da start veriləcək.

Digər Xəbərlər
Xəbər Lenti
8 Dekabr 18:10 Çək və bizə göndər!
8 Dekabr 08:20 Yeni rəqibi məlum oldu
8 Dekabr 02:40 Nazim nokautla uduzdu