"Levski"nin kapitanı: "Sabah"a daha çox qol vura bilərdik"

02:30 Sabah 75
"Levski"nin kapitanı: "Sabah"a daha çox qol vura bilərdik"

"Levski" Konfrans Liqası 3-cü təsnifat mərhələsinin ilk oyunu çərçivəsində doğma meydanda "Sabah"ı 1:0 hesabı ilə məğlub edib.

Sportinfo.az xəbər verir ki, Sofiya təmsilçisinin kapitanı Marin Petkov matç haqda açıqlama verib.

21 yaaşlı hücumameyilli yarımmüdafiəçi daha çox qol vurmaq üçün şanslarının olduğunu bildirib:

"Meydanda əllərindən gələni etdiklərinə görə bütün komanda yoldaşlarıma təşəkkür edirəm. Azarkeşlərə bizim 12-ci oyunçumuzdur.

Onlar bizim üçün tribunada orada idilər. Düşünürəm ki, biz birdən çox qol vura bilərdik.

Amma bizim şanslarımız olduğu kimi, "Sabah"da qol vura bilərdi. Bu, nəticədir və biz bunu qəbul etməliyik".

"Sabah"la "Levski" arasında cavab görüşü 14 avqust tarixində "Bank Respublika Arena"da baş tutacaq.

Digər Xəbərlər
Xəbər Lenti
12 Avqust 18:00 Çapan Qarabağ atları
12 Avqust 08:30 Gedənlərin sayı 13 oldu
12 Avqust 04:50 Yeni baş katib təyinatı