Bolqarıstan klubu "Sabah"dan 400 yer istədi

13 Avqust 03:30 Sabah 368
Bolqarıstan klubu "Sabah"dan 400 yer istədi

Konfrans Liqasının III təsnifat mərhələsinin cavab oyunları çərçivəsində Masazırda "Sabah"ın qonağı olacaq "Levski" azarkeşləri üçün 400 bilet istəyib.

Sportinfo.az xəbər verir ki, bu barədə "report"a Bakı təmsilçisinin mətbuat katibi Elnur Həmidov məlumat verib.

O, Bolqarıstan klubunun Bakıya gələcəyi tarixi də açıqlayıb:

"Levski" Bakıya avqustun 13-də, günorta saatlarında çatacaq.

Həmin gün rəqib komandanın baş məşqçisinin mətbuat konfransı və ilk 15 dəqiqəsi mətbuata açıq məşqi keçiriləcək. "Levski" öz azarkeşləri üçün 400 bilet istəyib".

Sabah" - "Levski" görüşü avqustun 14-də Masazırdakı “Bank Respublika Arena”da, saat 20:00-da start götürəcək.

Komandalar arasında Bolqarıstanda baş tutan ilk matçda meydan sahibləri 1:0 hesablı qələbə qazanıb.

Digər Xəbərlər
Xəbər Lenti
8 Dekabr 18:10 Çək və bizə göndər!
8 Dekabr 08:20 Yeni rəqibi məlum oldu
8 Dekabr 02:40 Nazim nokautla uduzdu